Mühafizə sistemləri

Bizim mütəxəssislərimiz mühafizə siqnalizasiyasının quraşdırılmasını yüksək səviyyədə həyata keçirirlər.

Mühafizə sisteminin quraşdırılmasından öncə təhlükəli yerlərin siyahısı aydınlaşdırılır, daha sonra isə, belə hallar yarandıqda, qarşısının alınması üçün görüləcək tədbirlər müəyyən olunur. Bundan sonra hansı mühafizə növü və onu texniki cəhətdən necə təşkil etmək müəyyən edilir və yalnız bu mərhələlərdən sonra mühafizə sisteminin quraşdırılmasına başlamaq olar. Mühafizə siqnalizasiya sistemlərinin tətbiqində zəngin təcrübəyə malik olan ixtisaslaşdırılmış mühəndislərimiz bu layihəni qısa müddətdə həyata keçirirlər. Biz öz Həllərimizdə sifarişçilərin fikirlərini və istəklərini nəzərə alırıq. Layihənin reallaşdırılmasında avadanlığın çatdırılmasını, quraşdırılmasını və gələcəkdə tənzimlənməsini təmin edirik.

 

Videomüşahidə sistemi

"Microtech" şirkəti Sizə, obyektlərin təhlükəsizliyini təmin edən Videomüşahidə sisteminin avadanlığının geniş spektrini təklif edir. Bizim şirkətimiz yüksək səviyyəli xidmət və dəstək ilə Videomüşahidə sisteminin etibarlı həllərini təqdim edir. Spektrini təqdim edir: istənilən ölçülü obyektlər və inteqrasiya edilmiş təhlükəsizlik üçün videomüşahidə sistemləri, həmçinin istənilən çətinlik dərəcəli məsələlərin həlli üçün təhlükəsizliyin və videomüşahidənin ərazi cəhətdənbölüşdürülmüş kompleksləri, video təsvirin analizinin texnologiyalar əsasında tanımanın intelektual sistemləri, həmçinin avtomobil nömrələrinin tanınması, şəxslərin tanınması və.s.

Biz analoq və IP videomüşahidə sahəsində xidmət göstəririk. Videomüşahidə sistemi pərakəndə ticarət, yanacaq energetikası, kommunal xidmətlər, nəqliyyat və maliyyə müəssisələri kimi sahələr üçün mükəmməl Həlldir. Qanunsuz hərəkətlərin qarşısının alınması və pozuntuların minimuma çatdırılması üçün Videomüşahidə sistemlərinin tətbiqində ən müasir texnologiyalardan istifadə edirik. Bizim sistemlərimiz fövqəladə hadisələr baş verdikdə ən əhəmiyyətsiz detalları təsbit etməklə yanaşı, kadrların bir-bir baxılması və böyüdülməsi imkanına da malikdir.

Giriş-çıxışa nəzarət sistemi

Giriş-çıxışa nəzarət sistemi vasitəsi ilə əməkdaşlarınız turniket və elektron qıfılla təchiz edilmiş qapılardan kartın köməyi ilə keçə bilərlər. Giriş-çıxışa nəzarət sistemi sayəsində hər bir işçi və ya işçi qrupu müəyyən olunmuş yerlərə daxil ola bilər, həmçinin bu sistem vasitəsilə əməkdaşların giriş-çıxış vaxtına da nəzarət etməyə imkan yaranır. Ştatdankənar vəziyyət yarandıqda sistem həyəcan siqnalı verir. Mühafizə zamanı bütün hadisələr, həyəcanlar, çıxışlar təsbit edilir və uzun müddət sistemin yaddaşında saxlanılır. 

 

 

 





Təcrübəli İT mütəxəssislərimizlə əlaqə saxlayaraq əlavə məlumat əldə edin.