Bakı, Nizami rayonu, Heydər Əliyev prospekti 152, Çinar Plaza, 9-cu mərtəbə.

“Microtech” şirkəti fərdi ev sakinləri üçün fiber optik internet xidmətini təklif edir. Xidmət fiber optik xətləri üzərindən təmin edilir. İstənilən fiziki şəxs “Microtech"-ə müraciət etməklə, əhatə dairəsinə aid olan əraziyə keyfiyyətli və yüksək sürətli internet çəkdirə bilər. Xidmətin aşağıdakı üstünlükləri var:
- 100 Mbit/s-ə qədər qoşulma sürəti;
- Kəsintisiz internet;
- Videomüşahidə, IP telefoniya, IPTV xidmətlərindən rahat istifadə imkanı;
- Telefon xətlərindən asılılığın olmaması;
- Texniki baxımdan imkanları məhdud ərazilərdə sürətli internet;

IP TV

Analoq TV ilə müqayisədə IPTV-də təsvirin və səsin daha yüksək keyfiyyətli olması kimi üstünlükləri var. Analoq siqnalı retranslyatorlardan, gücləndirici və kabellərdən keçərkən təhrif olunur, rəqəmsal yayımda isə bu hal baş vermir. Göstərdiyimiz IPTV xidmətinin özəlliklərindən biri onun ADSL və Fiber Optik xidmətləri vasitəsilə abonentə ötürülməsidir. Hal-hazırda xidmət vasitəsilə 300-dən çox rəqəmsal TV kanalın yayımı həyata keçirilir. Xidmətdən yararlanmaq üçün sadəcə 4/4 Mbit/s. sürətli internet bağlantısı və SMART Box-u əldə etməyiniz tələb olunur.

IPTV xidmətimizin üstünlükləri:

- Dünyanın istənilən yerindən izləmə imkanı
- Yerli kanalların ödənişsiz yayımı
- +300 kanal, bütün kanallar üçün günün proqramı (EPG)
- Bütün kanallar üçün 30 günlük arxiv (hazırlanır...)
- 300.000-dən çox film, serial, video çarx arxivi (hazırlanır...)
- Canlı yayım zamanı fasilə və geriyə qaytarma (hazırlanır...)
- Youtube, Megogo, Skype, Facebook, Instagram
- WI-FI bağlantı imkanı
- HDMI, AV, USB çıxışlar
- Minimal sürət tələbi
- Online ödəniş imkanları
- 24/7 Texniki dəstək

Azərbaycanın daşınmaz əmlak portalı