Zeta Alarm Systems

Microtech MMC – Zeta Alarm Systems-in Azərbaycandakı yeganə rəsmi distribyutoru

Microtech MMC olaraq, dünyanın aparıcı yanğın siqnalizasiya istehsalçılarından biri olan Zeta Alarm Systems şirkətinin Azərbaycandakı yeganə rəsmi distribyutoruyuq.

Zeta Alarm Systems 1985-ci ildə Böyük Britaniyada təsis olunmuşdur və bu gün dünyanın 80-dən çox ölkəsində fəaliyyət göstərir. Şirkət yüksək keyfiyyətli və etibarlı yanğın aşkarlama, siqnalizasiya və idarəetmə sistemlərinin istehsalı ilə tanınır. Zeta məhsulları beynəlxalq EN54, LPCB, BSI kimi sertifikatlara malikdir və həm kommersiya, həm də sənaye obyektlərində geniş istifadə olunur.

Bu tərəfdaşlıq bizə Zeta-nın beynəlxalq standartlara cavab verən müasir texnologiyalarını Azərbaycanda təqdim etmək, müştərilərimizə isə tam rəsmi zəmanət və texniki dəstək göstərmək imkanı yaradır.

Məqsədimiz ölkəmizdəki müəssisə və təşkilatları ən son texnologiyalara əsaslanan təhlükəsizlik həlləri ilə təmin etməkdir. Rəsmi distribyutor statusumuz sayəsində bütün məhsullar birbaşa istehsalçıdan gətirilir, orijinallıq və uzunmüddətli etibarlılıq zəmanəti ilə təqdim olunur.





Təcrübəli İT mütəxəssislərimizlə əlaqə saxlayaraq əlavə məlumat əldə edin.