Bakı, Nizami rayonu, Heydər Əliyev prospekti 152, Çinar Plaza, 9-cu mərtəbə.

Microtech şirkəti İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş 15 noyabr 2018-ci il tarixli EL-437/2018 saylı xüsusi lisenziya əsasında Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmirini həyata keçirir. Şirkətimiz avtomatik yanğınsöndürmə və yanğın siqnalizasiya sistemləri üzrə aşağıda göstərilən xidmətləri müştərilərinə təklif edir.


 
Yanğınsöndürmə Balonları

 

Yanğınsöndürən balonlar ilkin yanğınsöndürmə vasitəsi kimi istifadə olunur. Yanğınsöndürmə balonlarının müxtəlif tipləri var.

1. Sulu odsondürücülərin tərkibində olan su güclü təzyiqlə odun üzərinə vurulur və bir dəfə açılaraq, axıradək istifadə olunur.

2. Toz şəkilli maddələr olan odsöndürücülərin tərkibində natrium bikarbonat var. O, havada olan oksigenin yanan maddəyə çatmasına mane olur.

3. Köpük yaradan kimyəvi tərkibli odsöndürücülərin tərkibində olan kimyəvi maddələr hava ilə təmasa girdikdə karbonat anhidridi əmələ gəlir ki, o da yanan maddənin üzərini pərdə kimi örtür.

4. Karbonatlı odsöndürücülərin tərkibində karbon anhidridi var. O, istənilən yanğın hadisəsi üçün idealdır və heç bir texnikanı və materialı korlamır.

5. Odsöndürücülərin daha bir növü universal vasitə olub yanan mayelərdə, düz olmayan səthlərdə (avtomobil mühərriki, mətbəə, yüksək gərginlikli elektrik cihazları, bahalı və mürəkkəb texnikalar, təyyarələr) çıxan yanğınlarda istifadə edilir. Bu odsöndürücülər toksiki olduğu üçün havalanmayan mühitlərdə istifadə edilməməlidir.

 


 

Yanğın xəbərverici sistemləri

 

Yanğına qarşı mübarizənin əsasını yanğının vaxtında təyin olunması təşkil edir. Elmin və texnologiyaların nailiyyətli müasir elektronikanın yanğın xəbərverici sistemlərdə tətbiqi effektiv və çevik yanğın xəbərverici sistemlərinin istehsalına imkan yaratmışdır. Microtech şirkəti müxtəlif təyinatlı obyektlər üçün alovun təyin olunma metodundan asılı olaraq uyğun yanğın xəbərverici sistemlərinin quraşdırılması, təmiri və texniki servisi xidmətini təklif edir. Obyektin özəlliyindən asılı olaraq yanğın xəbərverici sistemləri həm konvensional həm də ünvanlı növlərə bölünür. Bundan başqa hər iki sistemdə aşağıda göstərilən tip yanğın sensorları quraşdırıla bilir

1. Spot tipli istilik, tüstü və istilik-tüstü sensorları

2. Aperator tipli tüstü və qaz detektorları

3. Lazer güzgü tipli tüstü detektorları

4. UB və İQ tipli alov detektorları

Bundan başqa xüsusi obyetktlərdə müxtəlif ərzilərin monitorinqi və yanğın yarada biləcək hissələrin əvvəlcədən təyin olunması üçün yanğın xəbərverici sistemlərə termal kameraların inteqrasiyası da mümkündür. Termal kameralar vasitəsilə bir görüntü daxilində bir neçə obyektin hərarətinə dəqiq nəzarət etmək, tempratur maksimum və minimumlarını təyin etmə və limitləri aşma hadisəsi zamanı müxtəlif vasitələrlə xəbər alma funksiyalarını əldə etmək mümkündür.

Yanğın xəbərverici sistemlər obyektə mövcud sistemlərə inteqrasiya oluna bilir.

 


 

Avtomatik Yanğınsöndürmə

 

Microtech şirkəti lokal və mərkəzləşdirilmiş avtmatik yanğınsöndürmə sistemlərinin tətbiqini həayata keçirir. Müxtəlif kimyəvi tərkibli sprinkler və drençer növləri üzrə quraşdırılan avtomati yanğınsöndürmə sistemləri obyektik özəlliyindən asılı olaraq tüstü, hərarət, alov, qaz və digər fiziki və kimyəvi əlamətlər üzrə yanğın təyin etmə vasitələri ilə təmin olunur. Ümumilikdə sistem lokal və ya mərkəzlişdirilmiş olmasından asılı olmayaraq idarəetmə, qeydetmə və məlumat ötürmə altsistemləri ilə təmin olunur. Sistemin bütün elemtləri xüsusi rele və digər müdafiə sistemləri ilə təchiz olunur ki, bu da öz növbəsiz qəza açılmalarının qarşısını alır. Bundan başqa sisteminin quraşdırılması zamanı istifadə olunan bütün materiallar və naqillər yüksək hərarətə və yanğına davamlıdır.

Mərkəzləşdirilmiş avtomatik yanğınsöndürmə sistemlərinin tətbiqi ilə xüsusi obyekrlərdə və istehsal müəssisələrində obyekt və müəssisədə mövcud digər sistemlərdən qəbul oluna bilən siqnallar vasitəsilə sistemi işə salma və çıxışda avtomatik yanğınsöndürmə sistemindən başqa sistemlərə də təsir etmə funksiyalarını realizə etdirmək mümkündür. Avtomatik yanğınsöndürmə sistemi müxtəlif təyinatlı SCADA və idarəetmə sistemləri də inteqrasiya oluna bilir.

Mərkəzləşdirilmiş avtomatik yanğınsöndürmə sistemləri yanğın baş verdiyi halda alovun lokallaşdırılması və digər otaqlara və ərazilərə yayılmaması üçün giriş-çıxışa nəzarət sistemləri ilə inteqrasiya olunur.

 


 

Mərkəzi idarəetmə və yanğın-rabitə sistemləri

 

Həm avtomatik yanğınsöndürmə həm də yanğın xəbərverici sistemlərinin qurşdırılması zamanı əsas diqqət yetirilməli məqam təyin olunmuş yanğın və onun söndürülməsi prosesi haqqında həm ərazidə yerləşən insanları və həm də yanğın mühafizəsi personalını vaxtında xəbərdar etməkdir. Obyektlərin tipindən asılı olaraq bir çox hallarda yanğın zamanı insanların anında təlimatlandırılması və yanğın ərazilərindən düzgün eakuasiyası üçün aşağıdakı altsistemlər tətbiq oluna bilir

1. Mühafizəli səsucaldan sistemləri (şəkil6)

2. Yanğın – çağrı nöqtələri (şəkil7)

3. Yanğın - əlaqə termialları (şəkil8)

4. Təxliyyə nişanları (şəkil9)

Mühafizəli səsucaldan sistemləri adi səsucaldan sistemlərindən mühafizə olunma dərəcəsinə və fiziki-kimyəvi şəraitə davamlılıq parametrlərinə görə fərqlənir. Beləki bütün yanğın mühafizə sistemlərində olduğu kimi mühafizəli səsucaldan sistemlərində istifadə olunan naqil və materiallar tempratura və yanğına davamlı olur. Bundan başqa səsucaldan qurğuların özləri də yanğına davamlı və ektremal şəraitlərdə işləmə qabiliyyətinə malik olurlar.

Dispetçer otaqlarının mövcud olduğu obyektlərdə, habelə birbaşa yanğınsöndürmə stansiyası ilə əlaqə yaratmaq məqsədilə obyektlərdə yanğın-çağrı nöqtələri quraşdırılır. Yanğın çağrı nöqtələri xüsusi mühafizə olunan rabitə vasitəsilə hesab olunur və ekstremal şəraitlərdə işləmə qabilliyətinə malik olur. Yanğın-çağrı nöqtələri yanğının visual təyin olunması zamanı müvafiq strukturu xəbərdar etmək və yanğın zamanı təlimatları almaq üçün rabitə vasitəsi kimi istifadə olunur.

Yanğın-əlaqə terminalları bir çox hallarda ictimai və insanların çox olduğu yerlərdə istifadə olunur. Bu terminallar birbaşa idarəetmə məntəqəsi və dispetçerlə ilə əlaqə saxlama, yanğının əvvələcədən təyin olunmasına yardım və yanğın zamanı ilkin yardımın və təlimatın verilməsi üçün istifadə olunur.

Yanğın zamanı insanların təxliyyə olunması ən vacib məqsədlərdən biridir. Yanğın zamanı yanğın xəbərverici sisteminə inteqrasiya olunan nişanlar insanların təxliyyə prosesini asanlaşdıracaq. Bu zaman istilik və yanğına davamlı nişanlar sistemin də qidanlandığı ehtiyyat elektrik mənbəsi vasitəsilə işə düşürək sayrışan və statik işıqlarla təxliyyə yollarına işarə verirlər. Təxliyyə nşanları tavan daxili, asma və divar tipli olur

Azərbaycanın daşınmaz əmlak portalı