Mühafizə Siqnalizasiya Sistemləri
Bizim mütəxəssislərimiz mühafizə siqnalizasiyasının quraşdırılmasını yüksək səviyyədə həyata keçirirlər. Mühafizə sisteminin quraşdırılmasından öncə təhlükəli yerlərin siyahısı aydınlaşdırılır, daha sonra belə hallar yarandıqda qarşısının alınması üçün görüləcək tədbirlər müəyyən olunur. Bundan sonra hansı mühafizə növü və onu texniki cəhətdən necə təşkil etmək müəyyən edilir və yalnız bu mərhələlərdən sonra mühafizə sisteminin quraşdırılmasına başlamaq olar. Mühafizə siqnalizasiya sistemlərinin tətbiqində zəngin təcrübəyə malik olan ixtisaslaşdırılmış mühəndislərimiz bu layihəni qısa müddətdə həyata keçirirlər. Biz öz həllərimizdə sifarişçilərin fikirlərini və istəklərini nəzərə alırıq. Layihənin reallaşdırılmasında avadanlığın çatdırılmasını, quraşdırılmasını və gələcəkdə tənzimlənməsini təmin edirik.
Videomüşahidə Sistemləri
"Microtech" şirkəti obyektlərin təhlükəsizliyini təmin edən videomüşahidə sistemlərinin geniş spektrini təklif edir. Şirkətimiz yüksək səviyyəli xidmət və dəstək ilə etibarlı həllər təqdim edir:
- İstənilən ölçülü obyektlər üçün sistemlər
- İnteqrasiya edilmiş təhlükəsizlik sistemləri
- Ərazi üzrə paylanmış komplekslər
- Video analiz və tanıma texnologiyaları
- Avtomobil nömrələrinin və şəxslərin tanınması
Biz analoq və IP videomüşahidə sahəsində xidmət göstəririk. Bu sistemlər ticarət, energetika, kommunal xidmətlər, nəqliyyat və maliyyə sahələri üçün ideal həlldir. Qanunsuz hərəkətlərin qarşısının alınması üçün ən müasir texnologiyalardan istifadə olunur. Sistemlərimiz fövqəladə hadisələr zamanı detalları qeydə almaqla yanaşı, görüntülərin təhlili və böyüdülməsi imkanını da təqdim edir.
Giriş-Çıxışa Nəzarət Sistemləri
Bu sistem əməkdaşların turniket və elektron qıfılla təchiz olunmuş qapılardan keçidini kart vasitəsilə təmin edir. Aşağıdakı imkanları yaradır:
- Təyin olunmuş zonalara giriş nəzarəti
- Giriş və çıxış vaxtlarının qeydiyyatı
- Ştatdankənar vəziyyətlərdə həyəcan siqnalı
- Hadisələrin və keçidlərin yadda saxlanılması
Yanğından Mühafizə Sistemləri
Yanğın Söndürmə Balonları
- Təzyiqli Su
- Carbon Dioxide (CO2)
- Çox Məqsədli Quru Kimyasal
- Yaş Kimyasal
- Quru Toz
Yanğın Söndürmə Sistemləri
- Yanğın Xəbərverici Sistemlər
- Avtomatik Yanğinsöndürmə Sistemləri
- İnteqrə Olunmuş Yanğından Mühafizə Sistemləri
- Avtomatlaşdırılmış İntelektual Sistemlər
Layihələndirmə və Normativlər
- Yanğından Mühafizə Sistemlərinin Layihələndirilməsi
- Normativ Hüquqi Sənədlər
- Dünya Praktikası
Fiziki Mühafizə Sistemləri
Ənənəvi və müasir fiziki mühafizə sistemləri ilə obyektlərinizi yüksək səviyyədə qoruma imkanı yaradırıq.