Satış üzrə menecer

Vakansiya haqqında məlumatlar


Vakansiya: Satış üzrə menecer
Şirkət: Microtech MMC
İş yeri: Çinar Plaza, Bakı
İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00
Əmək haqqı: Rəqabətli əmək haqqı (+bonus)
Vəzifə öhdəlikləri:
· İT məhsul və xidmətlərinin satışını artırmaq üçün satış strategiyalarının hazırlanması və həyata keçirilməsi
· Potensial korporativ müştərilərin müəyyən edilməsi, onlarla uzunmüddətli biznes əlaqələrinin qurulması və idarə edilməsi
· Müştərilərlə görüşlərin, təqdimatların və danışıqların aparılması
· Satış təklifləri, kommersiya təklifləri və kommersiya qiymət təkliflərinin hazırlanması və idarə olunması
· Müştəri tələblərinə uyğun olaraq texniki və marketinq komandaları ilə əməkdaşlıq etmək
· Satış planlarını icra etmək və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək
· İT sektorunda bazar tendensiyalarını və rəqiblərin fəaliyyətini izləmək
Tələblər:
· Biznes, Marketinq, İT və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi
· Satış sahəsində minimum 2 il iş təcrübəsi (İT sahəsində təcrübə üstünlükdür)
· İT həlləri, proqram təminatı və ya avadanlıq satışları barədə yaxşı anlayış
· Güclü danışıqlar aparma, ünsiyyət və təqdimat bacarıqları
· Nəticəyönümlü, təşəbbüskar və motivasiyalı iş yanaşması
· MS Office və CRM sistemlərindən sərbəst istifadə bacarığı
· Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq
· İT sahəsində mövcud müştəri bazasının olması üstünlükdür
Təhsil: Ali
Vakansiyanın elan tarixi: 2025-12-03
Son müraciət tarixi: 2025-12-31

Tələblərə cavab verən namizədlər CV-lərini hr@microtech.az ünvanına göndərə bilər.

Təcrübəli İT mütəxəssislərimizlə əlaqə saxlayaraq əlavə məlumat əldə edin.