Equip+ təchizat proqram təminatı


Proqram idarə, müəssisə və təşkilatların sifariş və müqavilələrinin uçotunun avtomatlaşdırılması, sifarişlərin statusuna operativ nəzarət edilməsi məqsədilə yaradılmışdır.

Proqramda azərbaycan, rus və ingilis dillərində işləmək və məlumatların hansı dildə daxil edilməsindən asılı olmayaraq, hesabatları paralel olaraq hər 4 dildə tərtib etmək mümkündür.

Bütün hesabatları MS Excel proqramına eksport etmək imkanı var.

Malların mədaxili və məxarici istənilən valyutada aparıla bilər. Hər bir valyuta üzrə kursun xronologiyası gündəlik işlənilir.

Proqramda malı göndərənlər və alıcılar üzrə vaxtı keçmiş borclara nəzarət etmək mümkündür.


Proqramda mövcuddur:

  • Malların çatdırılma şərti və çatdırılma müddəti haqqında açıqlamalar
  • Malların adı, kodu, rəngi, ölçüsü, istehsalçısı və sair digər xüsusiyyətləri haqqında analitik hesabatlar
  • Hər bir müqavilə üzrə sifarişlərin açıqlaması (qaimələr və səviyyəsində)

Proqram şəbəkədə quraşdırıldıqda, hər bir istifadəçi üçün lazım olan interfeys yaradılır. İstifadəçi adı və xüsusi şifrə vasitəsilə həmin interfeysdə proqram idarə olunur.