Server infrastrukturu


Günümüzdə biznes proseslərinin optimallaşdırılması və düzgün idarə olunması üçün server həllərinin yeri əvəzsizdir. Müxtəlif məlumatların emalı və təhlükəsiz saxlanılması, müxtəlif səviyyəli proqram təminatlarının işlədilməsi, müxtəlif tip xidmətlərdən istifadə üçün Sizə server infranstrukturu əlverişli işçi mühiti yaratmağa imkan yaradacaqdır.

Şirkətimiz Server infrastrukuru sahəsində aşağıdakı xidmətləri nəzərinizə çatdırır:

  • Korporativ server infrastrukturunun planlaşdırılması, layihələrinin hazırlanması və tətbiq olunması
  • Server avadanlıqlarının fiziki quraşdırılması, sazlanması, monitorinqi
  • Storage Serverlərin fiziki quraşdırılması, sazlanması, monitorinqi
  • Server əməliyyat sistemlərinin qurulması və sazlanması
  • Virtual Platformaların qurulması, sazlanması, təhlükəsizlik tədbirlərinin görülməsi, idarə olunması və monitorinqi
  • Server əməliyyat sistemləri üzərində təhlükəsizlik, email, kommunikasiya, database, web, domain, dhcp, dns, file, monitorinq, proxy, backup serverlərin qurulması, sazlanması, təhlükəsizlik tədbirlərinin görülməsi, idarə olunması və monitorinqi
  • Server əməliyyat sistemlərinin müntəzəm ehtiyat nüsxələrinin çıxarılması, filial və baş ofislər arasında replikasiyaların (SRM) qurulması
  • Remote desktop servisinin göstərilməsi

Hər bir biznes üçün Server və şəbəkə infrastrukturunun individuallığını nəzərə alaraq MicroTech şirkətinin yüksək ixtisaslaşmış mütəxəsisləri Sizə biznesinizə uyğun düzgün həll variantları seçməyinizə və müxtəlif sistemlərin Sizə uyğun layihələndirilməsinə köməklik edəcək.





Şəbəkə infrastrukturu


MicroTech şirkəti müştərilər üçün İnformaisya Texnologiyaları sistemlərinin təkmilləşdirilməsi, məlumat ötürülməsinin optimallaşdırılması, lokal və qlobal şəbəkələrin qurulması və bununla yanaşı informasiya təhlükəsizliyinin təmin olunması və digər müxtəlif şəbəkə xidmətlərini təqdim edir.

Müxtəlif ölçülü ofisləriniz və layihələriniz üçün MicroTech şirkəti Sizə uyğun avadanlıqlar və həllər üzərindən aşağıdakı xidmətləri həyata keçirir:

  • Korporativ və Lokal şəbəkənin layihələşdirilməsi
  • VPN şəbəkənin qurulması, məlumatların təhlükəsiz ötürülməsi
  • Dayanıqlı və mühafizə olunan simli və simsiz şəbəkənin qurulması
  • Rezerv şəbəkənin planlaşdırılması və qurulması
  • Şəbəkənin mühafizəsi (Firewall)

IP Telefoniya

İP texnologiyalarının inkişafı ilə irəlidə gedən şirkətlər telekommunikasiya sahəsində İP texnologiyalarına üstünlük verirlər. İP telefoniya vasitəsilə siz daha az xərcləməklə daha effektiv nəticələrin əldə olunmasına nail olacaqsınız.


İİP telefoniya sistemləri daha keyfiyyətli, çoxfunksiyalı xidmət və dayanıqlı sistem əldə etməyinizə kömək edəcəkdir. MicroTech şirkəti İP telefoniya sahəsində aşağıdakı xidmətləri təklif edir:

  • Müxtəlif vendorlar üzərində İP Telefoniya sisteminin yaradılması
  • Çağrı mərkəzi və İVR qurulması
  • Hibrid mini ATS-lərin quraşdırılması və konfiqurasiyası
  • VOİP və Hibrid sistemlərin bir birinə inteqrasiyası