Satış və anbar proqramı


Proqram idarə, müəssisə və təşkilatların anbarlarında, topdansatış və pərakəndə ticarət şəbəkələrində mal-material və pul vəsaitləri uçotunun avtomatlaşdırılması, borclara operativ nəzarət edilməsi, maliyyə - təsərrüfat fəaliyyətinin nəticələri haqqında geniş hesabat materiallarının əldə edilməsi məqsədilə yaradılmışdır.

Proqramda azərbaycan, rus və ingilis dillərində işləmək və məlumatların hansı dildə daxil edilməsindən asılı olmayaraq, hesabatları paralel olaraq hər 4 dildə tərtib etmək mümkündür.

Bütün hesabatları MS Excel proqramına eksport etmək imkanı var.

Proqramda istənilən sayda obyektdə (anbar, mağaza, sex və s.) malların uçotunu aparmaq, bir obyektdən digərinə yerdəyişmə əməliyyatlarını, həmçinin istehsal prosesini yerinə yetirmək mümkündür. Alınmış və yaxud satılmış malların geri qaytarılması imkanı var.

Malların həm miqdar, həm də qablaşdırılmış formada qutu sayına görə hesabatlarını əldə etmək mümkündür.

Malların mədaxili və məxarici istənilən valyutada aparıla bilər. Hər bir valyuta üzrə kursun xronologiyası gündəlik işlənilir.

Proqramda istənilən sayda kassa və bank hesablarını qeydiyyata almaq mümkündür. Hər bir kassa və ya bank hesabı üzrə müxtəlif valyutalarda uçot aparmaq olur.

Mal və pul əməliyyatlarının nəticəsi müştərilərinin borc jurnallarında müvafiq qaydada öz əksini tapır. Əməliyyatların müxtəlif valyutalarda aparılmasına baxmayaraq, proqram hər bir müştəri üzrə borcları onun üçün təstiq olunmuş valyutaya əsasən, müvafiq valyuta kursları üzrə nizamlayır. Proqramda malıgöndərənlər və alıcılar üzrə vaxtı keçmiş borclara nəzarət etmək mümkündür.

Mal alışı və mal satışını sifarişlər üzrə reallaşdırmaq imkanı vardır. Geniş şəbəkə sistemində qurulmuş proqram vəzifə bölgüsünə uyğun olaraq, sifarişlərin satıcılar tərəfindən tərtibatına və malların maddi-məsul şəxslər tərəfindən buraxılmasını təsdiq etməyə imkan verir.


Proqramda mövcuddur:

  • Alış və satış sifarişlərinin hazırlanması və anbardarlar tərəfindən sifarişlərin yerinə yetirilməsi modulları
  • Malların mədaxili, məxarici, yerdəyişməsi
  • Malların alıcıdan geri qaytarılması əməliyyatları
  • Malların malgöndərənə geri qaytarılması əməliyyatları
  • Malların hərəkəti və qalığı, satışı haqqında müxtəlif cədvəllər
  • İstənilən sayda anbar üzrə uçot
  • Malların adı, kodu, rəngi, ölçüsü, istehsalçısı və sair digər xüsusiyyətləri haqqında analitik hesabatlar
  • Alıcıların və malgöndərənlərin borcları haqqında ümumi və analitik hesabatlar
  • Alıcılar tərəfindən ödənişi gecikdirilmiş malların ümumi dəyəri və nomenklaturası üzrə analitik hesabatlar
  • Hər bir müştəri üzrə borcların açıqlaması (qaimələr və mallar səviyyəsində)
  • Qaimələr və mallar səviyyəsində alıcıların vaxtı keçmiş borclarına nəzarət
  • İstənilən sayda kassa və bank hesabları üzrə pul vəsaitlərinin hərəkəti və qalığı haqqında hesabatlar
  • Hər bir kassa və ya bank hesabı üzrə açıqlamalar
  • Müəssisənin xərcləri haqqında geniş hesabatlar
  • Mallar üzrə satışdan əldə olunan gəlirlər və ya dəymiş zərərlər haqqında hesabatlar
  • Alıcılar üzrə satışın həcmi və rentabellik səviyyəsi haqqında hesabatlar
  • Müəssisənin satıcıları üzrə satışın dövriyyəsi və rentabellik səviyyəsi haqqında hesabatlar
  • Müəssisənin mənfəəti və yekun balansı

Proqram şəbəkədə quraşdırıldıqda, hər bir istifadəçi üçün lazım olan interfeys yaradılır. İstifadəçi adı və xüsusi şifrə vasitəsilə həmin interfeysdə proqram idarə olunur. Məsələn, kassir üçün nəzərdə tutulan interfeysdə ancaq onun icazəsində olan kassada əməliyyatlar aparmaq mümkündür. Digər modullar, yəni anbar, maliyyə vəziyyəti və s. kassirə aid olmadığı üçün bu bölmələr onun üçün proqramda görünməz olur. Yaxud anbardar ancaq mal əməliyyatları apardığı üçün digər modullar onun üçün görünməzdir.