MicroTech şirkəti 1985-ci ildən Böyük Britaniyada yanğın siqnalizasiya sistemlərinin istehsalını həyata keçirən Zeta Alarm Systems şirkətinin rəsmi distryubutorudur. Zeta Alarm Systems müxtəlif növ standart və ünvanlı yanğın siqnalizasiya, qaz detektor və panelləri, fövqəladə hallar üçün xüsusi həyacan sistemləri, komanda məntəqələri üçün idarəetmə panelləri və sistemləri, müxtəlif öz istehsalı olan sistemlərinin idarə etməsi üçün proqram təminatlarının və test-sınaq işlərinin aparılması üçün müxtəlif tip qurğuların istehsalı ilə məşğuldur. Zeta Alarm Systems məhsulları müxtəlif sahələrdə şəxsi və koorporativ istifadədə, istehsalat və xüsusi istiqamətli obyektlərdə, mərkəzləşmiş sistemlərə malik iri və böyük ölçülü obyektlərdə istifadəsi nəzərdə tutulan müxtəlif növ yanğın xəbərverici sistemləri müştərilərin nəzərinə çatdırır.

MicroTech şirkətinə müraciət etməklə Zeta Alarm Systems şirkətinin məhsulları və xidmətləri haqqında ətraflı məlumat ala bilərsiniz.