Təhlükəsizlik sistemləri


Microtech Məhdud Məsuliyyətli Cəmiyyəti istehsal müəssisələri, xüsusi təyinatlı obyektlər, yaşayış və ofis binaları və eyni zamanda digər tip obyektlər üçün ən yeni texnologiyalara əsaslanan və beynəlxalq standartlara cavab verən təhlükəsizlik sistemlərinin satışı, quraşdırılması və inteqrasiyasını həyata keçirir. Yanağından mühafizə sistemləri, video nəzarət sistemləri, giriş-çıxış nəzarəti sistemləri, 24/7 mühafizə sistemləri, sürətli keçid sistemləri, perimetr mühafizəsi sistemləri və biometrik nəzarət sistemlərinin tətbiqi və inteqrasiyası vasitəsilə istənilən növ obyektin təhlükəsizliyi ən yüksək səviyyədə qoruna bilir. Microtech şirkətinin böyük təcrübə və biliyə malik mütəxəssisləri tərəfindən hər bir obyektə özəl təklif olunan və layihələndirilən sistemlər müvafiq dövlət qürumları tərəfindən uyğun sertifikatlarla təsdiq olunur.


Yanğından mühafizə sistemləri


Microtech şirkəti İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş 15 noyabr 2018-ci il tarixli EL-437/2018 saylı xüsusi lisenziya əsasında Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmirini həyata keçirir. Şirkətimiz avtomatik yanğınsöndürmə və yanğın siqnalizasiya sistemləri üzrə aşağıda göstərilən xidmətləri müştərilərinə təklif edir.


Avtomatik Yanğınsöndürmə


Microtech şirkəti lokal və mərkəzləşdirilmiş avtmatik yanğınsöndürmə sistemlərinin tətbiqini həayata keçirir. Müxtəlif kimyəvi tərkibli sprinkler və drençer növləri üzrə quraşdırılan avtomati yanğınsöndürmə sistemləri obyektik özəlliyindən asılı olaraq tüstü, hərarət, alov, qaz və digər fiziki və kimyəvi əlamətlər üzrə yanğın təyin etmə vasitələri ilə təmin olunur. Ümumilikdə sistem lokal və ya mərkəzlişdirilmiş olmasından asılı olmayaraq idarəetmə, qeydetmə və məlumat ötürmə altsistemləri ilə təmin olunur. Sistemin bütün elemtləri xüsusi rele və digər müdafiə sistemləri ilə təchiz olunur ki, bu da öz növbəsiz qəza açılmalarının qarşısını alır. Bundan başqa sisteminin quraşdırılması zamanı istifadə olunan bütün materiallar və naqillər yüksək hərarətə və yanğına davamlıdır.

Mərkəzləşdirilmiş avtomatik yanğınsöndürmə sistemlərinin tətbiqi ilə xüsusi obyekrlərdə və istehsal müəssisələrində obyekt və müəssisədə mövcud digər sistemlərdən qəbul oluna bilən siqnallar vasitəsilə sistemi işə salma və çıxışda avtomatik yanğınsöndürmə sistemindən başqa sistemlərə də təsir etmə funksiyalarını realizə etdirmək mümkündür. Avtomatik yanğınsöndürmə sistemi müxtəlif təyinatlı SCADA və idarəetmə sistemləri də inteqrasiya oluna bilir.

Mərkəzləşdirilmiş avtomatik yanğınsöndürmə sistemləri yanğın baş verdiyi halda alovun lokallaşdırılması və digər otaqlara və ərazilərə yayılmaması üçün giriş-çıxışa nəzarət sistemləri ilə inteqrasiya olunur.


Yanğın xəbərverici sistemləri


Yanğına qarşı mübarizənin əsasını yanğının vaxtında təyin olunması təşkil edir. Elmin və texnologiyaların nailiyyətli müasir elektronikanın yanğın xəbərverici sistemlərdə tətbiqi effektiv və çevik yanğın xəbərverici sistemlərinin istehsalına imkan yaratmışdır. Microtech şirkəti müxtəlif təyinatlı obyektlər üçün alovun təyin olunma metodundan asılı olaraq uyğun yanğın xəbərverici sistemlərinin quraşdırılması, təmiri və texniki servisi xidmətini təklif edir. Obyektin özəlliyindən asılı olaraq yanğın xəbərverici sistemləri həm konvensional həm də ünvanlı növlərə bölünür. Bundan başqa hər iki sistemdə aşağıda göstərilən tip yanğın sensorları quraşdırıla bilir

1. Spot tipli istilik, tüstü və istilik-tüstü sensorları

2. Aperator tipli tüstü və qaz detektorları

3. Lazer güzgü tipli tüstü detektorları

4. UB və İQ tipli alov detektorları

Bundan başqa xüsusi obyetktlərdə müxtəlif ərzilərin monitorinqi və yanğın yarada biləcək hissələrin əvvəlcədən təyin olunması üçün yanğın xəbərverici sistemlərə termal kameraların inteqrasiyası da mümkündür. Termal kameralar vasitəsilə bir görüntü daxilində bir neçə obyektin hərarətinə dəqiq nəzarət etmək, tempratur maksimum və minimumlarını təyin etmə və limitləri aşma hadisəsi zamanı müxtəlif vasitələrlə xəbər alma funksiyalarını əldə etmək mümkündür.

Yanğın xəbərverici sistemlər obyektə mövcud sistemlərə inteqrasiya oluna bilir.


Mərkəzi idarəetmə və yanğın-rabitə sistemləri


Həm avtomatik yanğınsöndürmə həm də yanğın xəbərverici sistemlərinin qurşdırılması zamanı əsas diqqət yetirilməli məqam təyin olunmuş yanğın və onun söndürülməsi prosesi haqqında həm ərazidə yerləşən insanları və həm də yanğın mühafizəsi personalını vaxtında xəbərdar etməkdir. Obyektlərin tipindən asılı olaraq bir çox hallarda yanğın zamanı insanların anında təlimatlandırılması və yanğın ərazilərindən düzgün eakuasiyası üçün aşağıdakı altsistemlər tətbiq oluna bilir

1. Mühafizəli səsucaldan sistemləri (şəkil6)

2. Yanğın – çağrı nöqtələri (şəkil7)

3. Yanğın - əlaqə termialları (şəkil8)

4. Təxliyyə nişanları (şəkil9)

Mühafizəli səsucaldan sistemləri adi səsucaldan sistemlərindən mühafizə olunma dərəcəsinə və fiziki-kimyəvi şəraitə davamlılıq parametrlərinə görə fərqlənir. Beləki bütün yanğın mühafizə sistemlərində olduğu kimi mühafizəli səsucaldan sistemlərində istifadə olunan naqil və materiallar tempratura və yanğına davamlı olur. Bundan başqa səsucaldan qurğuların özləri də yanğına davamlı və ektremal şəraitlərdə işləmə qabiliyyətinə malik olurlar.

Dispetçer otaqlarının mövcud olduğu obyektlərdə, habelə birbaşa yanğınsöndürmə stansiyası ilə əlaqə yaratmaq məqsədilə obyektlərdə yanğın-çağrı nöqtələri quraşdırılır. Yanğın çağrı nöqtələri xüsusi mühafizə olunan rabitə vasitəsilə hesab olunur və ekstremal şəraitlərdə işləmə qabilliyətinə malik olur. Yanğın-çağrı nöqtələri yanğının visual təyin olunması zamanı müvafiq strukturu xəbərdar etmək və yanğın zamanı təlimatları almaq üçün rabitə vasitəsi kimi istifadə olunur.

Yanğın-əlaqə terminalları bir çox hallarda ictimai və insanların çox olduğu yerlərdə istifadə olunur. Bu terminallar birbaşa idarəetmə məntəqəsi və dispetçerlə ilə əlaqə saxlama, yanğının əvvələcədən təyin olunmasına yardım və yanğın zamanı ilkin yardımın və təlimatın verilməsi üçün istifadə olunur.

Yanğın zamanı insanların təxliyyə olunması ən vacib məqsədlərdən biridir. Yanğın zamanı yanğın xəbərverici sisteminə inteqrasiya olunan nişanlar insanların təxliyyə prosesini asanlaşdıracaq. Bu zaman istilik və yanğına davamlı nişanlar sistemin də qidanlandığı ehtiyyat elektrik mənbəsi vasitəsilə işə düşürək sayrışan və statik işıqlarla təxliyyə yollarına işarə verirlər. Təxliyyə nşanları tavan daxili, asma və divar tipli olur


Video-müşahidə sistemləri


Həm dövlət, həm özəl sektor həm də fiziki şəxslər üçün təhlükəsizlik günümüzün ən vacib məsləsidir. Müxtəlif tip və ölçülü obyektlərin təhlükəsizliyinin təmin olunması məqsədilə ən müasir texnologiyaların tətbiqi günün tələbidir. Bu texnologiyalar arasında video-müşahidə sistemlərinin rolu əvəzsizdir. Microtech müştərilərinə çoxfunksionallı video müşahidə sistemlərinin satışı, quraşdırılması və texniki xidmətini təklif edir. Şirkətimiz aşağıdakı növ video müşahidə kameralarını təklif edir

1. Analoq tipli videomüşahidə kameraları

a. Bina daxili

b. Ərazi tipli

c. Termal

d. PTZ

e. Gecə görüntülü

f. Fish eye

2. İP kameralar

a. Bina daxili

b. Ərazi tipli

c. Termal

d. PTZ

e. Gecə görüntülü

f. Fish eye

Təklif olunan sistemlər həm lokal yaddaş qurğusu həm də məsafədən yaddaşa alma sistemi ilə təchiz oluna bilər. Orta və böyük ölçülü müəssisələr üçün vahid dispetçer mərkəzinin yaradılması, intellektual video müşahidə sistemlərinin qurulması, yaddaşın rezerv üzünün avtomatik hazırlanması, müşahidə zamanı ərazının zonalara ayrılması, hərəkətdə həyəcan, əşyaların yerdəyişməsi, üz tanıma və s. kimi funksiallığa malik sistemlərin yaradılması peşəkarlarımız tərəfindən ən yüksək səviyyədə təşkil olunacaqdır.

Microtech şirkəti ağıllı şəhər, istehsat proseslərə nəzarət, anbar və material qurulması üzrə professional komandaya və maddi texniki bazaya malikdir.

Şirkətimiz xüsusi vacibliyə malik obyektlərdə video müşahidə sistemlərinin quraşdırılması ilə yanaşı xüsusiləşdirilmiş sürət radarları, yollara nəzarət kameraları, sivil termo kameraların quraşdırılmasını və texniki xidmətini təklif edir. Quraşdırılmış sistemlər müxtəlif avtomatika, SCAD və idarəetmə sistemləri ilə inteqrasiya oluna və ya müəssisənin tələblərinə uyğun xüsusi proqram təminatı hazırlana bilər.


Giriş-çıxışa nəzarət sistemləri


Müxtəlif obyektlərdə işçi otaqların, anbar və saxlancların, dəhlizlərin və s. ərazilərin giriş çıxış qapılarına nəzarət etmək üçün Giriş-çıxışa nəzarət sistemləri istifadə olunur. Sistemin özəlliyi nəzarətin sisteminin quraşdırıldığı otaqlara və əraziyə əvvəlcədən müəyyən olunmuş şəxslərin müvafiq texniki üsullarla daxil olmalarına şərait yaratmaqla yad şəxslərin daxil olmasının qarşını almaq(daha ətraflı), sistem monitorinqi vasitəsilə nəzarət olunan qapılardan hansı şəxslərin nə zaman istifadə etdiklərini müəyyən etmək, insan faktorundan asılı olaraq qapıların açıq qalmasının qarşısını almaqdan ibarətdir. Burada qeyd olunan qapılara giriş-çıxış üçün istifadə olunan texniki vasitələr dedikdə aşağıdakı qurğular nəzərdə tutulur

1. Maqnit kartları

2. Xüsusi indetifikasiya kartları

3. Biometriya

4. Məsafədən idarəetmə

Giriş çıxışa nəzarət sistemi müxtəlif növ turniket, şlaqbaum, avtomatik qapılar və gidər sistemlərə quraşdırıla bilir. Həmçinin müəssisənin davamiyyət tabelinin hesablanması məqsədilə kadr, mühasibatlar və müxtəlif MRP proqramları ilə inteqrasiya olunması mütəxəssislərimiz tərəfindən əlavə xidmət kimi təklif olunur.

Quraşdırılmış giriş-çıxış sistemləri yanğın xəbərverici və digər sistemlərlə inteqrasiya olunduğu halda fövqələda hallar zamanı avtomatik təxliyyə üçün açılma funksiyasına da malikdir.