Kabel - Montaj


MicroTech şirkəti müxtəlif ölçülü lokal və qlobal şəbəkələr, müxtəlif tip təhlükəsizlik sistemləri, telekommunikasiya sistemləri üçün kabel montaj işlərini həyata keçirir. Bütün kabel montaj işləri xüsusi ixtisaslaşmış mütəxəssislər tərəfindən yüksək keyfiyyətlə həyata keçirilir. Kabel montaj işlərindən sonra xüsusi test avadanlıqları vasitəsilə görülmüş işlər sınaqdan keçirilir və müştəriyə işin layihəsi ilə birlikdə sınaq nəticələri təqdim olunur. MicroTech şirkəti kabel montaj işləri üzrə aşağıdakı xidmətlərini təqdim edir:

  • Kabel şəbəkələrinin qurulması, yenidən qurulması, bərpası, yerdəyişməsi
  • FFO kabel çəkilişi (içəri və çöl şəraitdə )
  • FO kabel qaynağı.
  • Müxtəlif ölçülü telekommunikasiya kabellərinin çəkilişi
  • Təhlükəsizlik sistemlərinin kabel çəkilişi və montajı
  • Server otaqlarının qurulması