Kadr proqramı


Sistemin funksionallığı

İnsan resurslarının idarə olunması və idarəetmə sisteminin avtomatlaşdırılması, müəssisənin əməkdaşlarının əmək haqlarının hesablanması, müəssisəyə yeni işçilərin qəbulu, məzuniyyət, ezamiyyət və digər hesabatların hazırlanması kimi mühüm məsələlərin həllini icra edir.

Sistem, eyni zamanda, müəssisə daxili dəyişikliklərin idarəolunması prosesini avtomatlaşdırır.


Sistemin üstünlükləri

  • Kadrların uçotunun aparılması və əmək haqqının hesablanması
  • Hal-hazırda işləyən, işdən çıxarılanlar və analıq məzuniyyətində olan işçilərin uçotunun aparılması
  • İşçilərlə bağlı aparılan işlərin müşayiəti (işə qəbul, tədris və inkişaf, attestasiya, motivasiya və s.)
  • Bütün müəssisələrin kadr siyasətinin vahid mərkəzdən idarə olunması
  • Bütün rəsmi sənədlərin elektron bazasının yaradılması və bu sənədlərin elektron arxiv modulunda təhlükəsiz saxlanılması imkanı
  • Təşkilati strukturda aparılan düzəlişlərin əlavə edilməsi
  • Müxtəlif ölçüdə hesabatların hazırlanması və onların MS OFFICE ilə inteqrasiyasının təmin edilməsi
  • İşçi kateqoriyaları, ixtisaslaşma dərəcələri, istehsalat təqvimi, iş stajına görə artımların məbləği, məzuniyyət günləri, xəstəlik vərəqəsinin ödəmə faizləri, mükafat növləri, ödəniş tapşırığın sazlanması.